Bildiyiniz kimi, dil səviyyənizi inkişaf etdirməyin əsas yollarından biri hər dil öyrənən şəxsin etdiyi fransız dilində filmlər izləməkdir. Günümüzün boş vaxtlarını filmlərlə dəyərləndiririksə, bu niyə də fransız dilində filmlər olmasın? Fransız dilində filmlər fransız dilini öyrənmək üçün ən yaxşı vasitədir.

fransız dilində filmlər
Fransız dili səviyyənizə uyğun filmlər

Filmləri izləmək həm fransız dili səviyyənizin inkişafına, həm də fransızların məişət həyat tərzi ilə tanışlığınıza şərait yaradacaqdır. Bu məqalədə fransız dili səviyyənizi inkişaf etdirmək üçün hansı fransız dilində filmlərə daha çox üstünlük verməyin gərəklərindən bəhs edəcəyik.

A2 və B1 fransız dilinin səviyyələr üzrə inkişafı üçün nəzərdə tutulmuş fransız dilində filmlər:

1. L’Arnacoeur (Könül ovçusu)

Fransız dilində olan bu film 2010-cu ildə buraxılmışdır. Filmin yaradıcısı Pascal Chaumeil-dir.

Romatik komediya janrında təqdim olunan  və təxmini 105 dəqiqədən ibarət olan film A2 üzəri fransız dili səviyyəsini artırmaq istəyənlər üçün olduqca uğurludur.

fransız dilində filmlər
l’arnaceur

Filmin mövzusu: Aleks bacısı və həyat yoldaşı xoşbəxt olmayan cütlükləri ayırmaq üçün şirkət qurmuşdur. Varlı çiçək satan bir şəxs qızının evlənməsinin qarşısını ala bilmək üçün Aleksi seçir. Aleks bütün hadisəni 10 gün ərzində tamamlamalıdır. Amma bu Aleks üçün heç də asan olmur. Çünki bu dəfə cütlük bir-birini sevir və onları ayırmaq çətindir.

Keçid – L’Arnacoeur

2. Je vais bien ne t’en fais pas (Narahat olma, mən yaxşıyam)

Fransız dilində filmin ilk buraxılışı 2006-cı ildə təqdim olunmuşdur. Yaradıcılığı Philippe Lioret-ə məxsusdur. Dramatik komediya janrında yazılmış film 100 dəqiqə təşkil edir. A1 fransız dili səviyyənizi B1 səviyyəsində inkişaf etdirmək istəyirsinizsə bu film tam sizlikdir.

fransız dilində filmlər
je vais bien ne t’en fais pas

Filmin mövzusu: İspaniyadakı tətildən qayıdan 19 yaşlı Lili əkiz qardaşının atası ilə mübahisə etdikdən sonra evi tərk etdiyini öyrənir. O, ailəsinin bu hadisəyə lazımi qiymət verməməsinə və  atasının laqeyd münasibətinə əsəbləşir. Lili ümidsiz şəkildə qardaşının telefon zəngini gözləyir, amma heç bir xəbər çıxmır. Loik ona heç bir xəbər vermədiyi üçün Lili ən pisini təsəvvür edir və onun başına nəsə gəldiyini düşünür. Bir müddət sonra Lili depressiyaya düşür və yemək yeməməyə başlayır. Həqiqətən nə baş verdiyini yalnız filmin sonunda öyrənə bilərik.

Keçid – Je vais bien ne t’en fais pas

3. Le premier jour du reste de ta vie (Qalan həyatın ilk günü)

fransız dilində filmlər
le premier jour du reste ta vie

Fransız filmi 2008-ci ildə təqdim olunmuşdur. Rémi Bezançon filmin rəsmi yaradıcısıdır. Dramatik komediya janrında təqdim olunan film 114 dəqiqədən təşkil olunmuşdur. Fransız dili səviyyəsi A1 olanlar, və B1-ə doğru inkişaf etdirmək üçün bu film əladır.

Filmin mövzusu: Bu film beş nəfərdən ibarət bir ailənin on iki il ərzində, beş çox vacib günü, həyatlarını əbədi olaraq dəyişdirəcək beş gündən keçən hekayəsindən bəhs edir. Hər bir epizod bir xarakter əsasında ailə üzvlərinin bir-biri ilə münasibətlərinə əsaslanır. Ailə taksi sürücüsü ata Robert, ana Mari-Jeanne və üç övladından ibarətdir: həkim olan böyük Albert, xəyali gitara yarışmalarında iştirak edən Rafael və tam yeniyetməlik dövründə olan Fleur.

Keçid – Le premier jour du reste de ta vie

4 .Hors de prix (Priceless)

fransız dilində filmlər
hors de prix

Yaradıcısı Pierre Salvador olan fransız dilində filmin təqdimat ili 2006-dır. Film 100 dəqiqədən təşkil olunmuşdur və daha bir romantik komediya nümünəsidir. Film fransız dili A2 səviyyəsi üzrə inkişafda olanlar üçün əladır.

Filmin mövzusu: Macəraçı İren böyük bir oteldə ofisiant işləyən utancaq Jeanın milyarder olduğunu düşünür. Onun həqiqətən kim olduğunu bilən kimi ondan qaçır. Lakin Jean İrenə aşiq olur və onu Fransa sahillərinə qədər izləyir və onu tapır. Hər şeyə baxmayaraq, aşiq olduğu qızın həyat tərzini mənimsəyir və dəbdəbəli malikanədə yaşamağa başlayır. Və beləcə hadisələr davam edir.

Keçid – Hors de prix

5. Les femmes du 6e étage (6-cı mərtəbənin qadınları)

fransız dilində filmlər
les femmes du 6e étage

Film 2011-ci il buraxılışıdır.  Yaradıcısı Philippe Le Guay olan film 106 dəqiqədən ibarət komediya janrında təqdim olumuşdur. Fransız dili səviyyəsi A1 olanlar, və B1-ə doğru inkişaf etdirmək üçün bu film əladır.

Fransız dilində olan filmin mövzusu: Hadisə 60-cı illərdə Fransada, İspan mühacirlərinin Paris burjuasının evlərində qulluqçu olduqları zaman baş verir. Jean-Louis Joubert ciddi və iddialı bir bankir, evdə arvadı Suzanna ilə münasibətləri olduqca pisdir. O, olduqca darıxdırıcı bir həyat sürür. Bir gün Maria adlı gözəl  qadın Joubert ailəsinin malikanəsində qulluqçu kimi işə başlayır. Jan-Lui həyat yoldaşı ilə darıxdırıcı həyatından qaçır və xidmətçi Mariyanın dostları ilə qaldığı altıncı mərtəbədə vaxt keçirməyə başlayır.

Keçid – Les femmes du 6e étage

TV5 monde və ya France Télévision kimi pulsuz vebsaytlara müraciət edərək filmlərin təkrarlarını izləyə bilərsiniz.

Leave a Reply