Fransız dilində danışmaq çətindirmi yoxsa biz özümüzü aldadırıq ? Bildiyimiz kimi insanların çoxu müəyyən söz bazasına və qrammatik biliklərə malik olduqları haıda hər hansı bir dildə – məsələn fransız dilində danışmaqdan çəkinirlər.

fransız dilində danışmaq
Fransız dilində səlis danışmaq

Xüsusilə də, “başa düşürəm amma danışa bilmirəm?”, “bəlkə danışanda səhv edərəm” və s. kimi düşüncələrə artıq özümüzü inandırmışıq. Bu hal fransız dili üçündə keçərlidir. Fransız dilində danışmaq üçün istifadə edərkən ən adi sözdə səhv etdiyimiz zaman bizə güləcəklərini düşünürük. Amma əslində fransız dilində danışmaq bizim öz ana dilimizi başqası danışdığı zaman qürurlu hadisə hesab ediriksə, eyni zamanda fransızlar üçün də qürurlu hadisədir. Çünki əcnəbi biri onların dilini öyrənməyə cəhd edir.

Fransız dilində danışmaq üçün nə etməli?

İstənilən bir dili öyrəndiyimiz zaman söz bazasını zənginləşdirmək ilkin addımlardan biridir. Lakin fransızca sözləri öyrəndikdən sonra onları yaddaşımızın bir köşəsində suvenir kimi saxlamamalıyıq.

fransız dilində danışmaq
Fransız dilində səlis danışmaq üçün istifadə olunan metodlar

Bir sözün bir neçə məna kəsb etdiyini və sinonimlərin, antonimlərin həddindən çox olduğunu nəzərə alsaq, cümlə kontektində sözlərin işlənmə məqamı fransız dilində danışmağı təkminləşdirmək üçün əsas təməldir.  Fransız dilində danışmaq üçün ilk olaraq təməl sözlərə ehtiyac duyulur. Fransız dilində  danışmaq üçün eyni zamanda təməl sözlərin əsasını məhz gündəlik ifadələr təşkil edir.

Şifahi olaraq inkişaf etmək və tək başına öyrənməklə fransızca səlis danışmaq üçün siz dialoqları dinləməli və yüksək səslə təkrarlamaqla özünüzü yadda saxlamağa məcbur etməlisiniz. Əlbəttə ki, fransız dilində danışmaq üçün fransız dilli ölkədə yaşamaq tövsiyə olunur. Lakin öz-özünə öyrənilsə belə, fransızca səlis danışmağı öyrənmək, müəyyən səviyyəyə çatmaq mümkündür. İlk növbədə özünü inandırmalısan!

Fransız dilində danışmaq üçün təməl addımlar

Fransız dilində danışmağın digər üsulu bütün dillərdə olduğu kimi mütəmadi olaraq ünsiyyət prossesinə şahid olmaqdır. Fransız dilində dialoqlar araşdırıb-tapmaq çətin prosses deyildir. Məsələn, adicə  YouTube-da axtarış bölməsinə “les dialogues en français” yazısı sizə kifayət sayda dialoqları sizə təqdim edəcəkdir. Fransız dilində daha yaxşı danışmaq üçün dialoqlar olduqca uğurlu başlanğıcdır. Bunun gündəlik olaraq istifadə etdiyimiz metodları təkrarlamalıyıq. Bu fransız dilində danışmaq mexanizmini gücləndirəcəkdir.

Ən vacib şey xarici dildə mükəmməl cümlələr qurmaq deyil, ünsiyyət qurmaq, yəni ifadə etmək və başa düşmək, fikir mübadiləsi etməkdir. Buna görə də fransızlarla təmaslarınızı çoxaltmaq və utancaqlığını bir kənara qoymaq lazımdır. Çünki bunlar çox vaxt bir çox psixoloji səbəblərdən (öz dilindən başqa dildə danışmaq qorxusu, səhv etmək qorxusu, gülünc olmaq…) meydana gələn maneələrə görə baş tutmur. Fransızlar kimi düşünməyə cəhd edin. Baxdığınız film və ya dinlədiyiniz podcastlar sizə bu yolda kömək olacaqdır. Filmlərdə fransız dilində danışıq üçün gündəlik ifadələrdən tez-tez istifadə olunur. Gündəlik sözləri qeyd edərək, gün ərzində istifadə etmək sizə yararlı olacaqdır. Fransız dilində aşağı səviyyədə bilikləriniz mövcuddursa dili öyrənməyinizə əsas səbəblərdən biridir. İngilis diliniz nisbətən yaxşıdırsa fransız dilində danışmaq sizə çətin olmayacaqdır. Çünki ingilis diliin tərkibindəki sözlərin böyük bir qismi məhz fransız dilindən keçmişdir.

Dediyimiz kimi Fransaya getmək fransız dilində danışmaq üçün kifayət qədər yaxşıdır. Daha doğrusu odur ki, biz bu dilə məruz qalırıq və fransız dilində danışmağa məcbur oluruq. Əgər biz Fransaya getmiriksə, yaşadığımız məkan daxilində özümüzü bu dilə məruz qoymalıyıq. Gün ərzində dinləmə effektiv vasitədir. Eləcə də, telefonumuzun proqram marketləri hissəsində istənilən sayda fransız dilində danışmaq üçün tətbiqlar  mövcuddur. Bu gün insanların 90%-i sosial şəbəkələrdə öz profillərini yaratmaqdadır. Və biz də əlimizin altında olan bu fürsətdən istifadə edərək, virtual olaraq fransızlarla dostluqlar yarada bilərik.

Sosial şəbəkələr daha çox yazışma xarakteri daşıdığından, online fransız dili kurslarına müraciət etmək,  müəllimlərlə ünsiyət qurmaq dili daha çox inkişaf etdirmək üçün yaxşı vasitədir. Bunun üçün bir sıra online təhsil platformları mövcuddur. Bu tip saytlara müraciət edərək fransız dilində səlis danışığınızı inkişaf etdirə bilərsiz.

Leave a Reply