Dil öyrənmək üçün, əsasən də, fransız dilini öyrənmək üçün ən inkişafetdirici metodlarından biri təbii ki, kitab oxumağa intizamlı yanaşmaqdır. Fransız dilini öyrənmək üçün kitabları mütəmadi, düzənli  olaraq oxumaq:

Fransız dilini kitablarla daha asan öyrənmək olar.
Fransız dilində kitablar

Fransız ədəbiyyatı fransız dilini öyrənməyə kömək edə biləcək romanlarla doludur. Bununla belə, fransız dilini öyrənmək üçün səviyyənizə uyğun olaraq fransız dilində kitabları seçməyə diqqət yetirməlisiniz.

Fransız dilini öyrənmək üçün kitablar :

fransız dilini öyrənmək üçün kitablar
“Le Petit Prince”

“Le Petit Prince” (“Balaca şəhzadə”) romanı Antuan de Sent Ekzüperinin məhşur və dünyada ən çox tərcümə olunan fransız dilli kitablarından biridir. Fransız dilini öyrənmək üçün kitablar siyahısında birincidir. Başlanğıc səviyyəsi A1 olanlar fransız dilini öyrənmək üçün bu kitabdan başlaya bilərlər. Kiçiklər üçün yazılmış kimi görünən kitab əslində bütün böyüklərin oxuması gərəkən kitablardan öncülüdür. Roman Yerə gələn və hekayəsini danışacaq olan kiçik bir oğlanın hekayəsindən bəhs edir. Balaca şahzadə müxtəlif planetlərə etdiyi səyahətlər zamanı böyüklərin ziddiyyətlərini təmsil edən müxtəlif personajlarla qarşılaşır. 130 milyon nüsxədən çox satılan və 220-dən çox dilə tərcümə edilmiş fəlsəfi roman irəliləmək üçün ideal seçimdir. Qeyd edək ki, daha asan anlamaq üçün illüstrasiyalı versiyalarından istifadə edə bilərsiniz.

fransız dilini öyrənmək üçün kitablar
“Les trois mousquetaires”

“Les trois mousquetaires” (“Üç muşketyor”) Aleksandr Dümanın 178 illik əsəridir. Fransız dilini öyrənmək üçün kitablar siyahısında digər nümunə gəncləri və qocaları ovsunlayan klassik, parlaq nəsr nümunəsidir. Hər kəsin həyatında ən azı bir dəfə oxumalı olduğu qeyri-adi personajları fransızca təsvir edir. A21 və A2  səviyyəsi üzrə nəzərdə tutalan versiyaları fransız dilini öyrənmək üçün dili əks etdirmə baxımından kifayət qədər təsvir qabiliyyətinə malik əsas kitablardandır

fransız dilini öyrənmək üçün kitablar
“Le Petit Nicolas”

“Le Petit Nicolas” (Kiçik Nikola) fransız dilini öyrənmək üçün kitablar axtaranlara öyrənmək və ya inkişaf etdirmək tamamilə uyğundur. Sempé və Goscinin bu kitabı  B2 səviyyəsi üçün (CEFR standartlarına uyğun olaraq) fransız dili öyrənmək istəyənlər üçün maraqlı nümunədir. Kitab uşaqlar üçün qısa hekayələrdən ibarətdir. Həm yumoristik, həm də əyləncəli hekayələr gənc bir oğlanın sərgüzəştlərindən bəhs edir: Nikola gündəlik həyatın lüğətini, indiki dildə yazılmış mətni və danışıq ifadələri ilə zəngin öyrənmək üçün mükəmməl vasitədir.

fransız dilini öyrənmək üçün kitablar
“L’étranger”

“L’étranger” (“Yad”) B2 səviyyəli oxucular üçün Alber Kamünün “Yad” əsərini tövsiyə edirik. Fransız dilini öyrənmək üçün kitablardan ən maraqlısıdır. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əsər birinci şəxs təkində yazılmış ən yaxşı fransız romanlarından biridir. Roman keçmiş zamanda yazılmışdır. Müəllif, adı belə məlum olmayan, anasının ölümündən sonra Əlcəzairə gedən və özünü bir qətl işinə qatan bir adamın hekayəsindən bəhs edir. Fransız dili öyrənənlərə maraqlı kitab nümunəsidir.

fransız dilini öyrənmək üçün kitablar
“Monsieur Ibrahim et les Fleurs du Coran”

“Monsieur Ibrahim et les Fleurs du Coran” (“Müsyö İbrahim və Quran çiçəkləri”): 100 səhifədən az bu kiçik romanda hadisələr 1960-cı illərdə Parisdə müsəlman baqqal ilə yəhudi yeniyetmə arasında keçir. Gözəl dostluq  və tolerantlıq nümünəsi kitab fransız dilini öyrənmək üçün kitablar siyahısında hər kəs üçün əlçatandır. B2+ səviyyələr üçün nəzərdə tutulmuşdur.

Leave a Reply