Fransız dilini öyrənmək üçün proqramlar vasitəsilə dili təkminləşdirmək olarmı?
Gündəlik həyatımızı kifayət qədər sadələşdirən proqramları dil öyrənmə prosesində bizə kömək edir. Fransız dilini məşq etmək və ya sıfırdan öyrənmək istəyən insanlar fransız dilini öyrənmək üçün pulsuz proqramlardan istifadəyə üstünlük verirlər. Hər keçən gün fransız dilini öyrənmək üçün proqramlar daha da populyarlaşır.
Fransız dilini öyrənmək üçün hər hansı bir vəsaitiniz yoxdursa ilk olaraq internetdə bu mövzu ətrafında sorğu vermək ən təbii haldır. Fransız dilini öyrənmək və bunu hər hansı kurs, məktəb və ya fərdi repetitorla deyil, Android və ya iPhone tətbiqi vasitəsilə edə bilərsiniz. Fransız dilini öyrənmək üçün bir sıra pulsuz proqramlar telefonunuzun proqramlar marketində mövcuddur.
Fransız dilini öyrənmək üçün 7 pulsuz proqram
Rosetta Stone

Rosetta Stounu qeyd etmədən fransız dilini öyrənməkdən danışmaq demək olar ki, mümkün deyil. Bazarda ən qədim və ən populyar öyrənmə üsullarından biri olan Rosetta Stone indi mobil proqram kimi mövcuddur. Rosetta Stone fransız dilini tam şəkildə mənimsəməyi təklif etməklə özünü bir çox digər tədris metodlarından fərqləndirir. Əvvəldən fransız dilini tamamilə fransız dili vasitəsilə öyrədir. Qeyd edək ki, fransız dili öyrənmək üçün proqramdan başqa kitab seti formasındada mövcudur. Lakin fransız dilini öyrənmək üçün bizə əlçatan vasitələrdən istifadə edərək dilimizi təkminlkəşdirə bilərik. Proqram İOS və Android smartfonları üçün mövcuddur.
Duolingo

Duolingo proqramı İOS və Android smartfonları üçün hazırlanmış ən yaxşı dil öyrənmə proqramlarından biridir. Təklif etdiyi materiallarla bu proqram sizə fransız dilini oxumağı, yazmağı və danışmağı öyrədəcək və təkcə fransız dilini deyil eyni zamanda alman, ingilis və koreya kimi fransız dilindən başqa bir çox dilləri də öyrənməyə imkan verəcək. Bu sistem sayəsində siz əyləncəli oyunlarla işləyərkən fransız dilini öyrənə biləcəksiniz. Fransız dilini öyrənmək üçün pulsuz proqramlar siyahısında Duolingo ilk sıralarda yer alır. Duolingo öyrənməni vizuallaşdırmaq üçün adətən şəkillər və sözləri göstərir. Fransız dili cins kateqoriyasında yanılmamaq üçün bu proqramdan istifadə etmək təkrarınızı güclədirəcəkdir. Proqram həm İOS, həm də Android telefonlar üçün mövcuddur.
Busuu

Ağla gələn ilk dil öyrənmə proqramlarından biri olan Busuu, dil öyrənmək və tətbiq etmək istəyən istifadəçilər üçün uğurlu alternativdir. Danışıq dərsləri, yazı dərsləri, tələffüz nümunələri və yaddaş məşqləri kimi xüsusiyyətlərə malik busuu həm Android, həm də iOS platformaları üçün pulsuzdur. Dil bacarıqlarını fransız dil qrupuna daxil olan şəxslərdən öyrənmək üçün “Busuu: Learn French” proqramından istifadə etmək sizi dilə daha çox yaxınlaşdıracaq, eyni zamanda fransız dilini öyrənmək üçün pulsuz proqramlar arasında sizə daha çox uyğun olacaqdır. 120 milyon insanın istifadə etdiyi bu tətbiq vasitəsilə yeni həmsöhbətlərinizlə dil öyrənmək sizin üçün daha asanlaşacaq.
Learn French – Speak French – Mondly

Learn French – Speak French fransız dilini öyrənmək üçün pulsuz proqramlar siyahısındadır. Fransız dilini əyləncəli və effektiv şəkildə öyrənmək üçün digər tətbiq “Learn French – Speak French” proqramıdır. Mondly-nin gündəlik pulsuz dərsləri ilə fransız dilini daha tez və effektiv şəkildə öyrənə bilərsiniz. Qeyd edək ki, bu tətbiq facebook tərəfindən ilin tətbiqi seçilmişdir. Fransız dilini öyrənmək üçün olan bu pulsuz proqram həm İOS, həm də Android telefonlar üçün mövcuddur.
Memrise

Fransız dilini öyrənmək üçün pulsuz proqramlar siyahısında Duolingo ilə yanaşı ən çox istifadə edilən proqramlardan biri olan Memrise dil öyrənmə proqramıdır. Oyunlaşdırma çərçivəsində istədiyiniz dili öyrədən Memrise faydalı olduğu qədər əyləncəli proqramdır. Fransızca lüğətinizi təkmilləşdirmək istəyirsinizsə, Memrise yaxşı seçimdir. Siz real insanlardan faydalı söz və ifadələr, həmçinin jarqon sözlər və dialektləri öyrənəcəksiniz. Fransız dilini öyrənmək üçün istifadə edə biləcəyiniz proqramlardan biridir. Android üçün Memrise tətbiqini buradan, İOS üçün isə buradan yükləyə bilərsiniz.
Fransız dili kurs – 15000 söz

İlk olaraq söz bazasının artılması məqsədilə 320-dən çox faydalı mövzuya bölünmüş 15000 söz və cümlə tərkiblərindən ibarət olan “Fransız dili kurs – 15000 söz” tətbiqinə üz tuta bilərik. proqram daxilində fransız dili üçün istənilən qrafikə uyğun qısa və maraqlı dərslər yer alır. Söz bazanızı artıqmaq üçün olduqca yararlıdır. Proqram azərbaycan dilini dəstəkləyir. Proqram Android telefonlar üçün mövcuddur.
Başlayanlar Üçün Fransız Dili

Digər fransız dili lüğət nümunəsi isə “Başlayanlar Üçün Fransız Dili” tətbiqidir. Bu tətbiq fransız dilinə aid biliklərə qısa zamanda və pulsuz yiyələnmək istəyən insanlar üçün hazırlanmışdır. Fransız dilini öyrənmək üçün ən vacib mövzular məhz bu tətbiqdə toplanmışdır. Proqram azərbaycan dilini dəstəkləyir. Proqram Android telefonlar üçün mövcuddur.