Dilin lüğət tərkibinin zənginləşməsi üçün əsas amillər sözlərin məna dəyərlərinin çoxalması, söz yaradıcılığı,dilin öz daxili hesabına və başqa dillərdən tərcümə prosesi (kalkaetmə) və alınma sözlərdir (les emprunts). Fransız dilinin lüğət tərkibinin zənginləşməsinində təməlində bu prosseslər və əsasən də, alınma sözlər durur. Fransız dilində alınma sözlərin işlənməsi prossesində bir sıra bir-birindən fərqli dillərin mənbə rolu olduğunun şahidi oluruq.

Fransız dilindin lüğət tərkibində hansı dillərdən keçən alınma sözlər işlənir?

1.Latın dilindən alınma sözlərin fransız dilinin lüğət tərkibinə keçməsi fransız dilinin milli dil kimi formalaşdığı dövrdən başlamış və bu günə qədər davam edir. Orta əsrlərdə (IX-XV əsrlər) latın dilindən götürülmüş sözlər: varice, charité, médi­tation, nature, passion, patience, vérité, fraternité, culpabilité. Texniki və elmi terminologiyaya daxil olub latın dilindən daxil olan yeni yeni sözlər, məsələn, kimyəvi terminlər: uranium, sélénium; tibbi terminlər: virus, sérum; termes de jurisprudence, persona grata, desiderata. 16-cı əsrdə fransızlar lüğətlərinə bu sözləri daxil edir: creathée, enthousiaste, philantrope, mélodie, amphibie, bibliophile, archipel, hygiène, larynx, symptôme, cosmographie, agronome, oli­garchie. Qədimdə borc olaraq götürülən agricole, satisfaire sözləri yeni formada təqdim edilmişdir.

2.Lüğət tərkibinin zənginləşməsində ilk alınma sözlər mənbələrindən biri də çox qədim və yüksək mədəniyyətə malik ərəb dili idi. Ərəb riyaziyyatının və astronomiyasının çiçəklənməsi fransız dilini klassik latın dili vasitəsilə algèbre, chiffre (ərəb dilində ilk mənası “sıfır” idi), azimut, zénith kimi terminlərlə təmin etdi.

3.Roman dillərindən alınmalar fransız dilinə keçən alınma sözlər – Gündəlik həyata aid olan italyan mənşəli sözlər kifayət qədər böyük qrup təşkil edir. Buna misal olaraq bu isimləri göstərə bilərik: appartement, cabinet, cadre, lampion, strapontin, baraque,   carrosse, camisole, capuchon, parasol, soutane, raquette, botte, pare.

4.Alman dilindən keçən alınma sözlər üç əsas qrupdan ibarətdir: hərbi terminlər; elmi terminlər və digər az saylı sözlər, gündəlik həyatın obyektlərini və hərəkətlərini təyin edən müxtəlif sözlər: quenille, bock, chope, nouilles, vasistas, valse, trinquer, zigzag, rosse, harmonica, vermouth, ersatz. 18-ci əsrdə fransızlar parlament sistemi və siyasi-ictimai həyata aid terminlər artırıldı: comité, verdict, votes jury, bill, budget, quaker, congrès, session, club, həmçinin idman terminləri və məişət obyektlərini ifadə edən sözlər: boxe, jockey, bifteck, grog, punch, pudding, redingote. Və eyni əsrdə ingilis dilindən humourspleen sözləri alınmışdır.

5.Məhz 18-ci əsrdə rus dilindən fransız dil lüğətinə keçən ifadələr sayı kifayət qədər məhdud olsa da lüğət tərkibinin artımına təkan verdi. Bunlar əsasən rus həyatına xas anlayışları ifadə edən sözlərdir: isba, tzar, ukasse, hetman, pope, touloupe, moujik, knoute, rouble, archine, verste, streletz, boïarine (daha çox – boyard), boïaré, bəzi coğrafi və zooloji terminlər: steppe, taïga, toundra. Bu dövrdəki rus dilindən alınma sözlər çətin mənimsənildiyindən fonik cəhətlərini saxlayır.

Leave a Reply