Sıfırdan fransız dilini necə öyrənmək olar?

Sıfırdan
Sıfırdan fransız dilini necə öyrənmək olar?

Organisation internationale de la Francophonie-nin araşdırması nəticəsində dünya əhalisinin 274 milyondan ibarət hissəsi fransız dilində danışır. Fransız dili dünyada ingilis dilindən sonra ən çox istifadə olunan 6-cı dil olaraq qeydə alınmışdır. Bu gün fransız dili istifadə sahəsini genişləndirərək bir sıra imkanları insanlar üçün təmin edir.

Sıfırdan fransız dili üçün ilk mərhələ – əlifba

Sıfırdan fransız dilini öyrənmək üçün onu həyatımızın bir hissəsinə çevirməliyik. Bütün dillərdə olduğu kimi fransız dili özünəməxsus əlifbaya malikdir. Bunun üçün sıfırdan fransız dilini  öyrənməyə başlamısınızsa, ilk işiniz sıfırdan fransız əlifbasını öyrənmək olmalıdır. Müasir fransız dili fonetikası 26 hərf, 35 səsdən təşkil olunmuşdur. Əlifba 20 samit və 6 sait hərfdən ibarətdir. Saitlər (les voyelles) A,E,İ,O,U,Y olaraq bölünür. Söz daxilində işlənmə yerinə görə sait səslər bir sıra vurğular qəbul edir. Belə ki, kəskin vurğu (l’accent aigu) e (é) – éternelle ( əbədi);  “e”, “a”, “u” (à, è, ù) hərfləri üzərində ciddi vurğu (l’accent grave) – après (sonra), où (hara), je suis à paris (mən Parisdəyəm)  ; “y” istisna olmaqla digər saitlərdə (â, ê, î, ô, û) incə vurğu (l’accent circonflexe)  olaraq bölünür. Samitlər isə fransız dili əlifbasının 77 %-ni təşkil edir. 20 yazılı samit: B, C, D, F, G, H, J, K, L, M, N, P, Q, R, S, T, V, W, X, Z; 18 fonetik samit və ya kontoidlər: b, d, g, v, z, ʒ, p, t, k, f, s, ʃ, m, n, ɲ, ŋ, ʁ, l; 3 fonetik yarımsamit: j, ɥ, w.

Fransız dilində sözlər öyrənmək

Sıfırdan fransız dilini öyrənmək üçün isimlər öyrənmək əlverişlidir. Fransız dilində isimlər azərbaycan dilindən fərqli olaraq 2 cins kateqoriyası mövcuddur.

Sıfırdan
Sıfırdan fransız dili üçün əlifba

İsimləri ifadə etmək üçün fərqləndirici artikllardan istifadə olunur. Fransız dilində artikllar le (kişi cinsi – masculin), la (qadın cinsi – féminin) olaraq isimləri ifadə edir. Məsələn, la table – masa (féminin), le livre – kitab (masculin).  Fransız dili qrammatikası baxımından avoir (malik olmaq) və être (olmaq) ən əsas feillərdir. Feillər ümumi olaraq 3 qrupa bölünür: birinci qrup feillər -er şəkilçisi ilə bitən penser, commencer, parler, demander; ikinci qrup feillər -ir şəkilçisi ilə bitən  finir, sortir, choisir, réussir, réfléchir; üçüncü qrup isə -re ilə bitən descendre, répondre, perdre. Feillər şəxslər üzrə müxtəlif formalarda təsriflənir.

Fransız dilinin qrammatikası

Sıfırdan fransız dilini öyrənmək üçün ilk növbədə sadə cümlə tərzindən başlamaq daha məqsədə uyğundur: Məsələn, Clément gagne une course – mübtəda (un sujet ) + feil (un verbe) + tamamlıq (un complément). Fransızcada əsas məqam feillərin təsriflənmə (conjugaison) hadisəsidir. Feilləri sadə formada indiki zamanda (présent de l’indicatif) təsrifləndirmək lazımdır. Fransız dilində 8 formasından istifadə olunur və bu zaman formasından keçmiş sadə zaman yalnız yazılı materiallarda istifadə olunur. Indiki zaman formasından sonra gələcək sadə (futur simple), keçmiş mürəkkəb (passé composé) və l’imparfait aman formalarında istifadə edərək daha da təkminləşmək mümkündür. Təbii ki, hər bir zaman formasında feillər xüsusi sonluqlar (les terminaison) əldə edir və təsriflənir. Zaman formaları yuxarıda qeyd etdiyimiz kimi  avoir (malik olmaq) və être (olmaq) əsas feilləri sayəsində cümlə daxilində məna əldə edir.

Sıfırdan fransız dilini intensiv olaraq necə öyrənə bilərəm?

Sıfırdan fransız dilini öyrənənlər üçün podcastlar audio kitablar, müxtəlif tətbiqlərdə dialoqlar dinləmək önəmlidir. (innerFrench, Français avec Pierre, Français Authentique, podcast francais facile, YouLearnFrench və s.). Bu həm sizi motivasyada saxlayacaq, həm də mənimsəmənizi sürətləndirəcək. Daha maraqlı olması üçün məhşur fransız müğənnilərin (Édith Piaf, Enrico Macias, Mireille Mathieu, İndila, Zaz, Stromae, Clio, Soolking və s.) mahnılar dinləyin və görəcəksiniz ki, mahnının sözlərini fransızca təkrarlamaqla sıfırdan fransız dilində öyrənmək üçün şifahi ifadə təliminizdə irəliləyiş əldə edəcəksiniz.

Sıfırdan fransız dili üçün kitab, məqalələrin oxunulması sizi inkişaf etdirir. Eyni zamanda online fransız dili resursları istifadə etməkdə məqsədəuyğundur. Yəqin ki, “Balaca şəhzadə” (“Le Petit Prince”, d’Antoine de Saint-Exupéry) əsərinin adı ilə artıq tanışsız. Bu fransız dilinə sıfırdan başlayanlara əla fürsətdir. Daha sonra Alber Kamünün “Yad” (L’Etranger d’Albert Camus) əsəri təkminləşmək üçün digər başlanğıcdır. Fransanın ən məhşur “Le Monde” gündəlik qəzetinə internet üzərindən müraciət etmək heçdə pis olmaz.

Filmlər sıfırdan fransız dilini necə öyrənmək olar sualının cavabıdır. Fransanın məhşur filmlərindən “Léon”, “Amélie”, “Le Pianiste” izləyərək fransız dilini öyrənməni daha maraqlı hala gətirə bilərsiniz. Eyni zamanda online fransız dili resursları istifadə edərək istənilən zaman, istənilən yerdə alınan informasiyanın davamlılığına kömək edir.

Leave a Reply