Yapon dili əlifbasını təcrübəli təlimçilər ilə qısa müddət ərzində oxuyub-yazmağa başla:

Yapon əlibası fərqli yazı sisteminə görə çətin kimi görünsə də, yapon dili qrammatik və danışıq baxımından Azərbaycan dili ilə oxşarlıqlara malikdir.

Yazı sisteminin məntiqinin proqramlı şəkildə öyrədilməsi nəticəsində isə bu dil öyrənmək üçün zövqlü bir dilə çevrilir. Hətta yazı sistemindəki fərqlər tələbələrdə yapon dilinə maraq oyadacaq.

Dərslərdə bugünki Yaponiyada istifadə olunan 3 əlifba (Hiragana, Katakana və Kanci) eyni vaxtda öyrədilir.

Başlanğıc dərslərdə tələbələr Hiraqana, Katakana və Kanci əlifbalarını öyrənəcəklər. Kanci əlifbası cəmi 1945 simvoldan ibarət olduğundan, iki ay ərzində təxminən 200-250 kanci öyrədilir. Kanci dərslərində əsasən kanci yazısı haqqında geniş məlumat verilir. Simvolların necə formalaşması, yazılması və lüğətdə necə axtarılması kimi qaydalar öyrədilir.  Dərslərimizdə istifadə olunacaq kitabların xüsusiyyəti, Ümumi Avropa çərçivəsinə uyğun olaraq dinləmə, danışıq, oxuma və yazma bacarıqlarına eyni dərəcədə əhəmiyyət verməsidir. Müəyyən edilmiş məqsədlər çərçivəsində tələbələr proqramın əvvəlindən sonuna qədər hər dərsdə mütəmadi olaraq dinləmə, danışma, oxuma və yazma məşqləri həyata keçirəcəklər. Kursa yeni başlayan tələbələrimizin yapon dili biliyi varsa və yuxarı pillələrdən başlamaq istəsələr, səviyyə imtahanlarında iştirak edə bilərlər. Daha sonra imtahanın nəticələrinə görə müəyyən olunmuş səviyyələrdə onlayn dərslərə başlaya bilərlər.

Son illərdə Azərbaycan ilə Yaponiya arasında mədəniyyət, iqtisadiyyat, təhsil, ticarət və turizm sahələrində ikitərəfli əlaqələrin əhəmiyyətinin artması nəticəsində yapon dilini öyrənməyə maraq günü-gündən artır. Bu səbəbdən ticarət, təhsil və turizm sektorlarında yapon dilini bilənlərə ehtiyac var.

Yapon dilini öyrənməyin ən sürətli yolunu axtarırsınızsa, dil bacarıqlarınızı artırmağın ən yaxşı yolu lingo.az ilə Yapon dilini öyrənməkdir Bu kursda təlimçilərimiz tələbələrə oxuma, yazma, danışma və dinləmənin düzgün balansı ilə yapon dili biliklərini hərtərəfli genişləndirməyə kömək edəcək. Bundan əlavə, biz tələbələrin Yapon Dili Yetərlilik Testindən (JLPT) yüksək balla keçməsinə imkan verən addımlar atacağıq. Bu yolda tələbələr müxtəlif vəziyyətlərdə faydalı olan yapon dili bacarıqlarına yiyələnəcəklər.

Leave a Reply